Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Həmin videoya görə icra başçısı danlandı — Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı

Həmin videoya görə icra başçısı danlandı — Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı

Həmin videoya görə icra başçısı danlandı — Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı
2026-01-19 , 15:17

Xəbər verdiyimiz kimi, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşı Habil Eyvazovun “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə yuxarı rütbəli şəxslər tərəfindən Füzuli Rayon İcra başçısına xəbərdarlıq edilib, ona dövlətin etimadını doğrultmadığına dair irad bildirilib. Bu səbəbdən də həmin görüntülərin çəkildiyi gün məzuniyyətdə olan icra başçısı Alı Alıyev istirahətini yarımçıq qoyaraq işə qayıdıb.



Qeyd edək ki, Gülbahar Eyvazova işdən ayrılmaq üçün bu gün ərizə yazıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.