Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Gördüm polis çoxdur, soruşdum ki..." - İqbal Ağazadə Elnurun həbsindən danışdı

"Gördüm polis çoxdur, soruşdum ki..." - İqbal Ağazadə Elnurun həbsindən danışdı

2026-01-19 , 16:09

“Mən bilmirəm, polis kimi tutub.Mənim Elnur adında o qədər dost və tanışlarım var, onların heç biri tutulmayıb”.

Bunu Bakupost.az -a açıqlamasında "Ümid" sədri İqbal Ağazadə partiyanın mərkəzi qərargahında əməliyyat keçirilməsi, dostu və həmyerlisi olduğu iddia edilən şəxsin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Tutulan adamın bizə aidiyyatı yoxdur.Tanımırıq, kimdir. Hadisə partiyanın qərargahından 150 metr məsafədə, yolda baş verib. Sadəcə, polis çox idi deyə mən də yaxınlaşıb soruşdum ki, nə məsələdir. Dedilər ki, əməliyyat keçiririk, axtarışla bağlıdır. Mən də "uğurlar olsun" dedim və ofisə qayıtdım. Vəssalam.
Bunu da çox təəssüf ki, jurnalistə demişəm. Məndən zəng edib soruşub. Hətta guya məndən başqa bir sual soruşur. O sualı verib, mən demişəm ki, indi sükan arxasındayam, 1 saata zəhmət olmasa, mənə zəng et. 1 saat sonra zəng edib deyir ki, əslində bu sualı verməyəcəkdim, sadəcə belə bir informasiya almışdım və yoxlayardım ki, düzdürmü? Mən də demişəm, bu informasiyanın bizə aidiyyəti yoxdur.
Sensasiya xətrinə belə şeylər yazmaq olmaz”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.