Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Rabitə Bank” çökür - Mənfəətinin 28 faizini itirdi

“Rabitə Bank” çökür - Mənfəətinin 28 faizini itirdi

“Rabitə Bank” çökür - Mənfəətinin 28 faizini itirdi
2026-01-20 , 13:46

“RabitəBank”ın xali mənfəəti 27.70 faiz və ya 3 milyon 520 min manat azalıb. 

Bankın faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 23 milyon 300 min manat artaraq 137 milyon 586 min manata,faiz xəcləri isə 13 milyon 916 min manat artaraq 57 milyon 905 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 79 milyon 680 min manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 9 milyon 383 min manat və ya 13.34 faiz çoxdur.
Qeyri-faiz gəlirini 4 milyon 411 min manat azaldaraq 48 milyon 561 min manata endirən “RabitəBank”ın qeyri-faiz xərcləri 2 milyon 423 min manat artaraq 100 milyon 558 min manata çatıb. Yekunda bankın əldə etdiyi əməliyyat mənfəəti 2 milyon 549 min manat artaraq 27 milyon 683 min manata çatıb.
“RabitəBank” 2025-ci ilin sonunda 11 milyon 331 min manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 3 milyon 520 min manat və ya 27.70 fai azdır.
RabitəBank
2025 (IV Rüb)2024 (IV Rüb)Fərq
Faiz Gəliri137.586114.28623.300
Faiz Xərci57.90543.98913.916
Xalis Faiz Gəliri/Zərəri79.68070.2979.383
Qeyri-Faiz Gəliri48.56152.972-4.411
Qeyri-Faiz Xərci100.55898.1352.423
Əməliyyat Mənfəəti27.68325.1342.549
Xalis Mənfəət11.33114.851-3.520

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.