Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səfər Əbiyev əsəbiləşdi - "Bəsdir, sual verdin, mən vətənimdəyəm"

Səfər Əbiyev əsəbiləşdi - "Bəsdir, sual verdin, mən vətənimdəyəm"

Səfər Əbiyev əsəbiləşdi - 
2026-01-20 , 13:54

"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".



Bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib. Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib:
"Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".
"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib:
"Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin! " - deyə keçmiş müdafiə naziri bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.