Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtın "adsız qəhrəmanı" kimdir?

Sumqayıtın "adsız qəhrəmanı" kimdir?

Sumqayıtın
2026-01-20 , 17:12

Son günlər ölkə gündəmini Sumqayıt şəhərində küçə ticarəti ilə məşğul olan sahibkara qarşı keçirilən reyd zamanı nümayəndənin sərt davranışı zəbt edib.

Sumqayit24.az xəbər verir ki, həmin şəxsin qeyri-etik və kobud davranışını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş narazılığa səbəb olub.

Məsələ ictimailəşdikdən sonra sosial şəbəkələrdə "adsız qəhrəman" kimi tanınan şəxsin kimliyi dəqiqləşib. Sahibkara təhqiredici münasibəti ilə gündəmə gələn şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.