Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nadir Qafarzadə: “Çörəyin qırıntısı qalıb”

Nadir Qafarzadə: “Çörəyin qırıntısı qalıb”

Nadir Qafarzadə: “Çörəyin qırıntısı qalıb”
2026-01-21 , 16:23

“Əvvəlki toylar, qazanc da yoxdur, artıq gənclər minimal, yığcam formada toy etmək istəyir”.


Yenilik.az pravda.az-a istinadla xəbər verir ki, bunu Nadir Qafarzadə toylardakı vəziyyətdən bəhs edərkən deyib.

Müğənni bildirib ki, Azərbaycanın müxtəlif toy adətləri var:

“Bir çox adətlərimiz kimi təəssüf ki, toy adətlərimiz də cılızlaşır, kiçilir. Bəlkə, oxucular fikirləşəcək ki, bu mənə sərf etmir deyə deyirəm. Şükür, acından ölmürük. Hamı necə, biz də elə, şikayətçi deyilik. Gənclər yenə məclisləri öz istədikləri kimi təşkil etsinlər. Əvvəlki toylar, əvvəlki pullar da yoxdur, heç olmayacaq da. Süfrədə çörəyin necə qırıntısı qalırsa, bu məsələ də elədir. Çörəyin özü qalmayıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.