"Beşillik müddət başa çatdı": Karantində yazılan cərimələrin aqibəti necə oldu?
Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki, ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.
Bəs bu cərimələrin taleyi necə olacaq? Vətəndaşlar onları ödəməyə məcburdurmu, yoxsa yaxın dövrdə dövlət tərəfindən silinməsi nəzərdə tutulur?
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlamasında Azərbaycan dövlət hakimiyyət orqanları, cənab Prezident başda olmaqla, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün olduqca səmərəli tədbirləri gördüyünü, nəticədə müsbət nəticələr əldə edildiyini bildirib:
“Bir tərəfdən xəstəxanalar mövcud tələblərə uyğunlaşdırıldı, yeni səyyar tipli tibb məntəqələri yaradıldı və kütləvi virus yoluxma hallarının azaldılması üçün mühüm işlər görüldü. Amma eyni zamanda cərimələrin tətbiqi də məcburi addımlar idi. Bütövlükdə məsələyə baxdıqda, bu cərimələrin büdcə üçün çox kiçik bir əmsal təşkil etdiyinin şahidi oluruq. Onun ətrafında hakimiyyətə və ya dövlət orqanlarına qarşı siyasi kampaniyalar aparanlar da fərqində idilər ki, özlərinin və ya yaxınlarının həyatına kiçik bir ziyan dəydiyi təqdirdə, onlar polis orqanlarından və müvafiq hüquq-mühafizə qurumlarından ciddi və sərt addımlar atılmasını tələb edirdilər. Elə bu səbəbdən də açıq demək lazımdır ki, daxili işlər orqanları həmin dövrdə xüsusi bir fədakarlıq göstərirdi və yalnız son mərhələdə cərimə tədbirlərinə əl atılırdı. Bu tədbirlərin ictimai və sosial ədaləti təmin etmək baxımından çəkindirici xüsusiyyəti var idi. Bəllidir ki, bir çox hallarda bu cür qərarlar verilmirdi. Bütün hallarda viruslar, hətta indiki dövrdə belə insan biologiyasında yaşamaq və uyğunlaşmaq imkanına malik olsa da, əvvəlki qədər ciddi təhlükə yaratmır. Buna görə də cərimələrlə bağlı məsələ bu və ya digər media qurumlarında, ictimai təşkilatlarda, üçüncü sektor nümayəndələri tərəfindən səsləndirilir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən fərqli addımlar atıla bilər”.
Deputatın sözlərinə əsasən, bu məsələ geniş şəkildə Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirə olunmalıdır:
“Burada bir parlament nümayəndəsinin subyektiv dəyərləndirməsi ilə və ya cinayət törədən şəxslərin amnistiya və əfvi nümunə götürülərək sosial bir qərarla problemin tam həllinə nail olmaq çətin olar. Düşünürəm ki, bu məsələdə differensial və seçimli yanaşma daha faydalı ola bilər. Qaydaları təkrar-təkrar və qəsdən pozan şəxslər ayrıca qiymətləndirilə bilər. Xüsusilə kütləvi tədbirlərdə iştirak edən, saxta icazələrdən istifadə edən şəxslərin cərimələrinin bağışlanması növbəti mərhələdə həmin qanunun müddəalarını və mahiyyətini zədələyə bilər. Digər tərəfdən, zamanında bu ödənişləri edən şəxslərə qarşı da ədalətli və seçici yanaşma olmalıdır. Bu baxımdan, aşağı gəlirli və işsiz qalmış vətəndaşlarımız üçün müəyyən addımların müzakirə edilməsi məqsədəuyğun ola bilər. Həmçinin hüquqi mexanizm seçilərək cərimələrin müəyyən hissəsinin bağışlanması və ya amnistiya edilməsi də mümkündür. Beləliklə, sosial əfvin əsas məqsədi yenə də insanlara, onların həyatına və sağlamlığına humanist münasibətin nümayiş etdirilməsi olar. Düşünürəm ki, bu istiqamətdə addımlar atılarsa, cərimələrin uzun müddət ödənilməməsi problemi ilə yanaşı, digər sahələrdə də oxşar məsələlər gündəmə gələ bilər. Məsələn, enerji daşıyıcılarının, qazın, elektrik enerjisinin, həmçinin suyun ödənişi ilə bağlı tələblər ortaya çıxa bilər. Bu cür zəncirvari reaksiyaların qarşısını almaq və eyni zamanda vətəndaş məsuliyyətini qorumaq üçün olduqca ehtiyatlı yanaşma seçilməlidir. Bütün hallarda millətimizin həyatı və təhlükəsizliyi ön planda saxlanılmalıdır”.
Məsələ ilə bağlı vəkil Babək Umudov isə açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir:
“Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbiq görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənmiş, icra məmurunun çağırışlarından yayınmışsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.
Yuxarıda qeyd etdiyim ki, vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55