Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eyyub Yaqubov Hüseyn Cavid obrazında - Video 

Eyyub Yaqubov Hüseyn Cavid obrazında - Video 

Eyyub Yaqubov Hüseyn Cavid obrazında - Video 
2026-01-23 , 16:14

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada ilk dəfə böyük səhnəyə Hüseyn Cavid obrazında çıxacaq.

Yenilik.az xəbər verir ki, bu barədə “Yalnız mədəniyyət” tamaşasının quruluşçu rejissoru Əbdülqəni Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, layihənin əsas leytmotivi görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin unudulmaz misralarıdır.
Tamaşada Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, musiqiçi Vaqif Əsədov, pianoçu pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi iştirak edirlər.
Qeyd edək ki, tamaşa martın 5-i Heydər Əliyev Sarayında təqdim olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.