Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı
2026-01-23 , 17:23

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb. 


Qaynarinfo-nun məlumatına görə, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib. 

Məlumat üçün deyək ki, "Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına "Adore Busiess” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Yusifov Rüfət Cavanşir oğludur. 


Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb. 

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.