Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazirliyin Aparat rəhbəri işdən çıxarılıb?

Nazirliyin Aparat rəhbəri işdən çıxarılıb?

Nazirliyin Aparat rəhbəri işdən çıxarılıb?
2026-01-25 , 08:47

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.


Yenilik.az Oxu.az-a istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat təkzib olunub.

“Belə bir əmr yoxdur”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.