Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazir Niyammədin Musayevin qızını işdən çıxardı

Nazir Niyammədin Musayevin qızını işdən çıxardı

Nazir Niyammədin Musayevin qızını işdən çıxardı
2026-01-27 , 15:33

Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb.


Yenilik.az 
Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.
Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən Manset.az-a təsdiqləyiblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.