Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “OMİD” Mağazalar Şəbəkəsi vergi borcunu ödəmir

“OMİD” Mağazalar Şəbəkəsi vergi borcunu ödəmir

“OMİD” Mağazalar Şəbəkəsi vergi borcunu ödəmir
2026-01-28 , 15:39

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan”OMİD” Mağazalar Şəbəkəsi dövlət qarşısında borca düşüb.


Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, şirkətin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 201 923.16 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin hazırda Bakı şəhəri ilə yanaşı, ölkənin bir çox bölgələrində satış mərkəzləri var. “OMİD”in 2024-cü ildən CEO-su və qanuni təmsilçisi Burhan Sevahildir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.