“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var – DETALLAR
ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.
Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir. Sənədlərə əsasən, Epşteynin “Sultan bin Sulayem” adlı şəxslə 2011-ci və 2015-ci illərə aid yazışmaları mövcuddur.
2011-ci il: Bakı səfəri müzakirəsi
2011-ci ilin 30 avqust tarixli e-maildə Epşteyn qarşı tərəfə belə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?” Həmin yazışmada Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını da soruşur. Məktubda konkret səfər tarixi göstərilməsə də, Bakıya getmək ehtimalının müzakirə edildiyi aydın görünür. Lakin sənədlərdə Epşteynin 2011-ci ildə Bakıya səfər etdiyini təsdiqləyən uçuş qeydi və ya başqa rəsmi məlumat yer almır.
2015-ci il yazışmaları: “Bakı Parisdən də gözəldir”
2015-ci ilə aid başqa bir yazışmada isə Sultan bin Sulayem sentyabr ayında Bakıda olduğunu bildirir. O, Bakının fotolarını Epşteynə göndərərək şəhəri yüksək qiymətləndirir:
“Amma sənə deyim ki, Bakı çox gözəldir. Parisdən daha gözəl bir şəhərdir, inan mənə”. Həmin məktubda Epşteynin Bakıya gələcəyi təqdirdə ona qoşula biləcəyi də qeyd olunur. Epşteyn bu məktuba cavab olaraq belə yazır: “Oktyabrın 29-u Dubaya gələ bilərəm və ordan gedə bilərik?” Bu yazışmalar Bakının Epşteynin beynəlxalq əlaqələr şəbəkəsində potensial səfər məkanı kimi nəzərdən keçirildiyini göstərsə də, onun faktiki olaraq Azərbaycana səfər edib-etmədiyi sənədlərlə təsdiqlənmir.
Sultan bin Sulayem kimdir?
Açıqlanan sənədlərlə paralel olaraq ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar tərəfindən yayımlanan fotolar da diqqət mərkəzinə düşüb. Həmin fotolar arasında Epşteynin Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Sultan Əhməd bin Sulayemlə birgə şəkli yer alır. Lakin yazışmalarda adı çəkilən “Sultan bin Sulayem”lə fotodakı biznesmenin eyni şəxs olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib. Sultan Əhməd bin Sulayem bu yazışmalarla bağlı ictimai açıqlama verməyib.
“Merante-Baku-Important”: Konqres səfəri planları
Epşteyn sənədlərində Azərbaycanın adının keçdiyi digər diqqətçəkən məqam 2014-cü ilə aid e-maillərdir. Həmin il Epşteynin qardaşı Mark L. Epşteyn Cozef Merante adlı şəxsdən aldığı və “Merante-Baku-İmportant” başlığı ilə işarələnmiş məktubu Cefri Epşteynə göndərib. Məktubda qeyd olunur ki, ABŞ Konqres üzvlərinin 21 may-4 iyun tarixlərində Azərbaycana səfəri planlaşdırılıb, yalnız bir konqres üzvü səfəri təsdiqləyib, digərləri imtina edib, azərbaycanlı sponsorlar yaranmış vəziyyətdən narahatdır, konqresmenlərin yerinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslərin cəlb edilməsi təklif olunur, səfər “plus-one” formatında nəzərdə tutulur və bütün xərclər birinci sinif səviyyəsində qarşılanır.
HDİ-nin saytında yayımlanan məlumatlara əsasən, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub, nümayəndə heyəti Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Epşteynin bu səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolunun olub-olmadığı sənədlərdə açıq göstərilmir. ABŞ Ədliyyə Nazirliyi və hüquq ekspertləri bildirir ki, Epşteynlə yazışmaların və ya əlaqələrin mövcudluğu avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Açıqlanan sənədlər ittiham aktı deyil, “müştəri siyahısı” hesab olunmur, sənədlərdə adı çəkilən ölkə və şəxslərlə bağlı hüquqi nəticə çıxarılmasına əsas vermir.
Açıqlanan Epşteyn sənədləri göstərir ki, Azərbaycanın və Bakının adı bu materiallarda əsasən şəxsi yazışmalar, səfər planları və beynəlxalq əlaqələr kontekstində hallanır. Sənədlərdə Azərbaycan dövləti və ya rəsmi şəxslərlə bağlı hər hansı birbaşa cinayət ittihamı yer almır. Bununla belə, sənədlər Epşteynin qlobal əlaqə şəbəkəsinin miqyasını və müxtəlif ölkələrlə bağlı planlarını üzə çıxarmağa davam edir. Prosesin növbəti mərhələlərində yeni materialların açıqlanması istisna edilmir.
OXŞAR XƏBƏRLƏR

Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələndi, dedim ki, bir daha...” – ŞOK TƏFƏRRÜAT
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - ÖZÜ DANIŞDI
Prezident Özbəkistan mediasına müsahibə verib
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55