Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəmsi Səmədzadə axtarışa verildi  - SƏBƏB

Şəmsi Səmədzadə axtarışa verildi  - SƏBƏB

Şəmsi Səmədzadə axtarışa verildi  - SƏBƏB
2026-02-04 , 15:36

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib.


Yenilik.az Demokrat.az-a istinadla xəbər verir ki, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Məsələ ilə bağlı Şəmsi Səmədzadə ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.