Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış rektorun oğlu vəzifəsindən azad edildi

Tanınmış rektorun oğlu vəzifəsindən azad edildi

Tanınmış rektorun oğlu vəzifəsindən azad edildi
2026-02-09 , 20:22

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Kamal oğlu Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur./İqtisadiyyat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.