Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AMB “Azercell”in “akart”ını cəzalandırdı

AMB “Azercell”in “akart”ını cəzalandırdı

AMB “Azercell”in “akart”ını cəzalandırdı
2026-02-16 , 16:17

Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə icrası məcburi göstərişlər verib.

Yenilik.az xəbər verir ki, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2024-cü il tarixli EPT-001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Azercell Telekom” MMC-dir.
Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.