Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir

Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir

Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir
2026-02-17 , 12:14

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir.

Tribuna.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirilib.
“Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir”, – məktubda vurğulanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.