Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi — FOTO

İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi — FOTO

İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi — FOTO
2026-02-17 , 17:21

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü təyin edib.


İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi - ÖZƏL

Yenilik.az Oxu.Az-a istinadən xəbər verir ki, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.

E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən Xudat balıq zavodunun sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.