Xəstəliyi olan şəxsə əsgərliyə YARARLIDIR yazıldı – Qanun nə deyir?
Son vaxtlar sosial şəbəkələrdə və mediada sağlamlıq problemləri olan, lakin buna baxmayaraq hərbi xidmətə “yararlı” kimi qiymətləndirilən vətəndaşların müraciətləri artmaqdadır. Xüsusilə skolioz, kifoz, bel problemləri, ayaq əyriliyi və ümumi zəif orqanizmi olan şəxslərin tibbi komissiya tərəfindən xidmətə uyğun sayılması cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bu cür hallarda vətəndaşların həm hüquqi, həm də tibbi baxımdan hansı imkanlara malik olması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova bildirib ki, hərbi xidmətə yararlılıq yalnız formal yoxlama ilə deyil, tam tibbi ekspertiza əsasında müəyyən edilməlidir. Onun sözlərinə görə, bu sahə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun və hərbi-həkim ekspertizası qaydaları ilə tənzimlənir və hər bir çağırışçının hüquqları qanunla qorunur:
“Vətəndaş tibbi komissiyanın qərarı ilə razılaşmadıqda, həmin qərardan şikayət vermək hüququna malikdir. İlk mərhələdə yuxarı tibbi komissiyaya müraciət edilməli, nəticə dəyişməzsə, inzibati məhkəməyə üz tutulmalıdır. Məhkəmə müstəqil tibbi ekspertiza təyin edə və yanlış qərarı ləğv edə bilər. Praktikada tez-tez rast gəlinir ki, bəzi hallarda komissiyalar sənədləri lazımi səviyyədə araşdırmadan “yararlı” qərarı verirlər. Bu isə gələcəkdə həm çağırışçının sağlamlığına, həm də hərbi hissədə xidmət prosesinə ciddi zərər vurur. Sağlamlığı hərbi xidmətə imkan verməyən şəxsin zorla xidmətə göndərilməsi qanunsuzdur”.

Hüquqşünas qeyd edib ki, skolioz, kifoz, bel və ayaq problemləri olan şəxsin avtomatik şəkildə yararlı kimi tanınması nə tibbi, nə də hüquqi baxımdan əsaslandırıla bilər. Belə hallarda hər bir vətəndaş sənədlərini tam şəkildə toplamalı, qərardan şikayət etməli və lazım gəldikdə məhkəmə yoluna müraciət etməlidir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan həkim-ortoped, travmatoloq Vüsal Mahmudov isə bildirib ki, skolioz və kifoz kimi onurğa xəstəlikləri yüngül mərhələdə olduqda bəzən xidmətə mane olmaya bilər, lakin orta və ağır dərəcəli hallarda hərbi yük ciddi fəsadlara səbəb olur:
“İkinci dərəcəli skolioz və kifoz adətən artıq funksional problemlər yaradır. Uzun müddət ayaqüstə qalmaq, ağır fiziki yüklər, silah və avadanlıq daşımaq belə xəstələrdə ağrıların artmasına, onurğada deformasiya dərinləşməsinə və hətta əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər. Bu səbəbdən belə şəxslərin xidmətə yararlı hesab edilməsi tibbi baxımdan risklidir”.

Vüsal Mahmudov əlavə edib ki, bel yırtığı, ayaq əyriliyi və zəif əzələ sistemi də ayrıca qiymətləndirilməlidir. Bu problemlər birlikdə olduqda insanın hərbi xidmətə uyğunluğu daha da azalır. Onun fikrincə, tibbi komissiya yalnız səthi müayinə ilə kifayətlənməməli, MRT, rentgen və funksional testlərin nəticələrini əsas götürməlidir:
“Çağırışçılar müayinəyə gedərkən bütün tibbi sənədlərini əvvəlcədən toplamalı, xəstəxana arayışlarını, həkim rəylərini və diaqnostik nəticələri təqdim etməlidirlər. Əgər buna baxmayaraq, şəxs yararlı kimi qeyd olunursa, mütləq şəkildə etiraz mexanizmlərindən istifadə edilməlidir. Vaxtında müdaxilə edilməzsə, hərbi xidmət zamanı yaranan ağırlaşmalar sonradan ömürlük problemlərə çevrilə bilər”.
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55