Məşhur kollecin direktoru aliment qalmaqalı ilə bağlı: "Bizdən xəbərsiz qeyri-rəsmi..."
"Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımovun oğlu övladlarına aliment verməkdən yayınır".
Şikayətçi iddia edir ki, həyat yoldaşından 2020-ci ildə ayrılsa da, alimentlə bağlı məhkəmələrdə süründürülür. Buna səbəb isə onun keçmiş qayınatasının tanınmış şəxs olmasıdır:

Fotoda Nazim Kazımov
"2014-cü ildə Nazim Kazımovun oğlu Niyazi Kazımovla ailə həyatı qurmuşam. Birgə nikahdan üç qız övladımız dünyaya gəldi. 2020-ci ildə ailədaxili mübahisələrimiz başladı və nəticədə ayrıldıq. Məhkəmənin qərarına əsasən uşaqlar mənim himayəmdə qaldı, onların bütün maddi və mənəvi qayğısı tamamilə mənim üzərimə düşdü. Məhkəmə uşaqlara 18 yaşına qədər aliment tələbimi qismən təmin etdi və minimum aliment 170 manat olduğu halda, hər uşağa 120 manat təyin edildi. 2022-ci ildə alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Müraciətdə cavabdeh şəxsin gəlirlərinin 50 faizi qədər alimentin tutulmasını istədim. Bunun üçün Nəsimi Rayon Məhkəməsinə Niyazi Kazımovun, yəni uşaqların atasının milyonluq obyektlərini və onlardan əldə etdiyi qazanc məbləğini sənədlərlə göstərdim. Lakin aliment tələbim yenə qismən təmin olundu. Niyazi Kazımovun formal əmək haqqını əsas gətirərək, hər uşağa 193 manat aliment təyin etdi".

Fotoda Niyazi Kazımov
Jalə Süleymanlı 2026-cı ildə yenidən məhkəməyə müraciət edərək, alimentin indeksləşdirilməsini istəyib. Amma bu dəfə də keçmiş qayınatasının təzyiqi ilə üzləşib:
"Yanvarın 4-də Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Hakim Müseyib Bayramov iddiamı tam təmin etdi. Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2026-cı il tarixli qərarı ilə hər uşağa ölkə üzrə minimal əmək haqqının 0.74 faizi məbləğində - hər uşağa 296 manat aliment təyin olundu. Amma bu sevincim çox çəkmədi. Cəmi iki gün sonra məhkəmə mənə xəbərdarlıq etdi ki, qərar dəyişdirilməlidir. Qərardan könüllü imtinamı istəsələr də bunu etmədim. Nəticədə məhkəmə qərarı ləğv edərək, alimentin məbləğini minimum əmək haqqının 0.68 faizinə endirdi. Bununla da hər uşağa düşən alimentin məbləği 272 manat müəyyənləşdi".
Jalə Süleymanlı bildirir ki, qərardan apellyasiya şikayəti verib:
"Hazırda qərardadın ləğv edilməsini gözləyirik. Amma əminəm ki, bu dəfə də keçmiş qayınatam öz statusundan istifadə edərək, şikayətimin təmin olunmamasına çalışacaq".
Şikayətçi qadın iddia edir ki, keçmiş həyat yoldaşının bahalı bağ evləri, mənzilləri, obyekt və müxtəlif markalı avtomobilləri olsa da, boşanma vaxtı onu və övladlarını məskunlaşmaq üçün mənzillə təmin etməyib:
"Niyazi Kazımov artıq 8 ilə yaxındır ki, atasının tanışlarının tapşırığı ilə "ASAN Kommunal" mərkəzində "Azərişıq" ASC-nin əməkdaşı kimi işləyir. O, dövlət işində işləməsinə baxmayaraq, mütəmadi olaraq bahalı kurortlara gedir, xarici ölkələrə səfərlər edir, lüks istirahət məkanlarında dincəlir. Hətta bu yaxınlarda Türkiyədə 20 min manata saç transplantasiyası prosedurunu həyata keçirib.
Onun atası Nazim Kazımov respublikada tanınmış şəxsdir. Ailənin yüksək sosial statusu və geniş maddi imkanları olmasına baxmayaraq, üç azyaşlı uşağın təminatına heç bir dəstək göstərilmir, əksinə aliment məsələsində hər qəpik uğrunda uzunmüddətli məhkəmə çəkişmələri aparılır".
Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov da oğlu Niyazi Kazımovun övladlarına aliment verməsi ilə bağlı yazılan iddialara münasibət bildirib.
N.Kazımov Oxu.Az-a açıqlamasında bildirib ki, keçmiş gəlini Jalə Süleymanlının iddiaları əsassızdır:
"Jalə xanım oğlumdan əvvəl ailəli olub və həmin evlilikdən bir oğlu da var. O, oğlumla qeyri-rəsmi yaşayıb və ikinci uşaqdan sonra bizim məlumatımız olub, biz də qəbul etmişik. Oğlum alimenti vaxtında ödəyib, dedikləri mənə atılan böhtandır. Niyə nəvələrimin alimenti verilməsin? Bütün alimentlər vaxtında verilib. Xanım özü qızlarını nəzərə almalıdır ki, o uşaqların gələcəyini qorusun. Ona üçotaqlı ev də verilib, oğlum evdən çıxıb başqa yerdə yaşayır. Mən müəlliməm, 15 minə yaxın tələbəm olub. O xanım mənim nüfuzumdan istifadə etməklə nə əldə etmək istəyir, bilmirəm".
N.Kazımov bildirib ki, nəvələri ilə maraqlanmaq istəsələr də, qadın uşaqları onlara göstərməyib:
"Mən oğlumdan da narazıyam. Niyə bizdən xəbərsiz qeyri-rəsmi nikaha daxil olub, bilmirik".
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55