Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda yol nişanı "yoxa çıxdı", qəzalar artdı

Sumqayıtda yol nişanı "yoxa çıxdı", qəzalar artdı

Sumqayıtda yol nişanı
2026-02-27 , 16:45

Sumqayıt şəhəri, Mehrab Niftəliyev küçəsində yol nişanının olmaması qəzalara səbəb olur.

 

Sumqayit24.az-a müraciət edən vətəndaş bildirib ki, 13-cü mikrorayonu Corat bağlarından ayıran küçədə əvvəllər quraşdırılmış "Maneəni sağdan keç" işarəsi naməlum səbəbdən götürülüb.

Bu səbəbdən ərazidə tez-tez təhlükəli vəziyyət yaranır. Hətta təqdim olunan videoda əks olunan yol-nəqliyyat hadisəsinin də məhz nişanın olmaması səbəbindən baş verdiyi qeyd olunur.

Sakinlər aidiyyəti qurumlardan sözügedən ərazidə yol nişanının yenidən quraşdırılmasını xahiş edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.