Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Töhmət alan icra başçısına yeni vəzifə verilib 

Töhmət alan icra başçısına yeni vəzifə verilib 

Töhmət alan icra başçısına yeni vəzifə verilib 
2026-03-26 , 18:32

Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.

Yenilik.az xəbər verir ki, bu barədə WAKO prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilib.
Qeyd olunub ki, bu təyinat Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və daha geniş regionda inkişafına verdiyi töhfələrin göstəricisidir.
Məktubda qeyd edilib ki, Beynəlxalq İnkişaf Komitəsinin sədri WAKO-nun birinci vitse-prezidenti Espen Lunddur.
Komitənin əsas məqsədi dünyanın müxtəlif regionlarında kikboksinq idman növünü inkişaf etdirmək, genişləndirmək və təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı anlaşma və idmanda mükəmməlliyə nail olunmasına xidmət edən təşəbbüslər həyata keçirməkdir.
WAKO rəhbərliyi bu nüfuzlu təyinat münasibətilə Adil Əliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. (Musavat)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.