Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Toyota"larda ciddi qüsur aşkarlandı, yarım milyon avtomobil geri çağırılacaq

"Toyota"larda ciddi qüsur aşkarlandı, yarım milyon avtomobil geri çağırılacaq

2026-03-29 , 15:36

"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.

 
Araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb.
 
Məlumata görə, oturacaqların tənzimləmə mexanizminin konstruksiyasındakı çatışmazlıq səbəbindən arxa oturacağın söykənəcəyi hissə düzgün sabitlənmir.
 
Bildirilib ki, mexanizmdəki geri qaytarıcı yayın həddindən artıq güclü olması oturacağın sabitliyini zəiflədir və bu da toqquşma zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.
 
Geri çağırılma kampaniyası Çin bazarında gələn ay başlayacaq. Kampaniya çərçivəsində 318 min "Toyota Highlander" və 242.2 min "Toyota Crown Kluger" modeli geri çağırılacaq.
 
Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.