Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Müalicəyə getmək istəmirdi” - Rasim Balayevin qardaşı

“Müalicəyə getmək istəmirdi” - Rasim Balayevin qardaşı

“Müalicəyə getmək istəmirdi” - Rasim Balayevin qardaşı
2026-03-30 , 14:35

"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə".

Yenilik.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.

O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:

"Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir".

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.