Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “AtaSığorta” ləğv edildi

“AtaSığorta” ləğv edildi

“AtaSığorta” ləğv edildi
2026-04-20 , 15:13

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “AtaSığorta” ASC-yə verdiyi 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyanı ləğv edib.

Bu barədə Tribuna.az-a AMB-dən bildirilib.
Məlumata görə, Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.
***
10:00
“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah” sığorta şirkətinə ötürülüb.
Tribuna.az xəbər verir ki, apa-nın sığorta şirkətindən əldə etdiyi məlumata görə, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülüb. Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq “Atəşgah” sığorta şirkətinə müraciət etməli olacaq.
Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.