Sumqayıtın sabiq baş memarının 3 illik "varlanma hekayəsi" - İDDİA
Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub.
Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.
Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub.
Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var.
Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. "Volkswagen Passat" markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan "Toyota Camry" markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat haqda daha müfəssəl məlumatlar var.
Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş "Hyundai Santa Fe", "Lexus" (yeni model), "Range Rover" (iki fərqli yeni model), "Toyota Camry" və "Chevrolet" markalı cip tipli avtomobillər var.
İddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur.
Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb?
Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, "budka" kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir.
Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur.
Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir.
Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Sumqayıtda “alma davası”nın pərdəarxası – Əhmədalıyev kimlərdən nələri alır?
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Sumqayıtda 2025-ci ilin yekunları müzakirə olundu
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
İşdən çıxarılan Əhəd Abıyevin əmlaklarının ŞOK SİYAHISI
Ramiz İsmayılov: "Ermənilərin yalanları ifşa olunduğu üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınır"-MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Kərimov qardaşlarının Rumıniya macəraları - Çoxsaylı mülklər necə əldə edilib?
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video 2026-06-23 , 14:36
Prezidentlər Şuşanı gəzdilər - Video 2026-06-23 , 14:32
Daşaltı kəndinin fonunda - Fotolar 2026-06-23 , 14:31
Nazilə Səfərli izləyicindən polisə şikayət etdi 2026-06-23 , 14:22
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü - VİDEO 2026-06-23 , 14:20
Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri 2026-06-23 , 14:17
Bakı zooparkı ləğv olunur 2026-06-23 , 14:16
Murad Arif: “Xəzər Bodrumdan təhlükəlidir” 2026-06-23 , 14:15
Ermənistanın yeni prezidentinin adı açıqlandı 2026-06-23 , 14:13
"Olivia"da yoxlamalara əngəl olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 2026-06-23 , 14:12
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…” 2026-06-23 , 14:09
Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti 2026-06-23 , 14:07
Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı 2026-06-23 , 14:06
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar – FOTOLAR 2026-06-23 , 14:00
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır 2026-06-23 , 12:00
Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı 2026-06-23 , 11:00
Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib - FOTO 2026-06-22 , 19:55
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto 2026-06-22 , 12:38
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – Şikayət 2026-06-22 , 12:32
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub 2026-06-22 , 12:31
Fuad Nəcəfli haqda sensasiya – “Bu məsələ ortaya çıxsa…” 2026-06-22 , 12:29
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO 2026-06-22 , 12:28
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib 2026-06-22 , 12:19
"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi 2026-06-22 , 12:16
"Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir" 2026-06-22 , 12:14
“Qarabağ”dan Elvin Cəfərquliyev ilə bağlı gözlənilməz addım 2026-06-22 , 12:12
Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO 2026-06-22 , 12:12
Azərbaycanda qadınların pensiya yaşı artırılacaq - Gələn həftədən 2026-06-22 , 12:11
Anar Bağırov:"İnsanları sevin, onlara diqqət və qayğı ilə yanaşın, insanlığınızı heç vaxt itirməyin" 2026-06-22 , 06:11