“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” - Yusif Ağayevdən sərt sözlər
Radio efirində bayağı danışıq tərzi və aparıcı davranışı ilə bağlı müzakirələr fonunda tanınmış teleaparıcı və radio DJ Yusif Ağayev sərt mövqe ortaya qoyub.
Yenilik.az xəbər verir ki, Yeni Sabah-a danışan Y.Ağayev Radio TMB 100.5 FM-də “Çiçək” ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın efir davranışını tənqid edib. Bildirib ki, radio aparıcısı təkcə özünü deyil, təmsil etdiyi radionun nüfuzunu da ortaya qoyur:
“Hər zaman dediyim kimi hər bir radio aparıcısı verilişində özünü ifadə edir. Nə ilə, nəyi ilə?! Mədəniyyəti, biliyi, savadı, dünyagörüşü, davranışı, nitqi və ən əsası təmsil etdiyi radionun nüfuzu ilə. Bunu söyləməyə 106 FM radiosundakı 27 illik fəaliyyətim icazə verir.
Mədəniyyət - bu, ailədən, aldığın tərbiyədən asılıdır. Bilik-savad olmayan yerdə heç kim radio kimi böyük bir qurumda işləyə bilməz! Çünki radioda televiziyadan fərqli olaraq 3 dəqiqəlik “zaderjka”, yəni ləngimə funksiyası yoxdur, əgər nəyi isə səhv dedinsə, bu, birbaşa efirə gedir və sənin söylədiyin səhv fikir və ya ifadə anında artıq ictimaiyyətin müzakirəsinə çevirilir. Demək savadın olması mütləqdir.
Üçüncü məsələ dünyagörüşüdür. Sən dünyanı gəzməyə bilərsən, amma ictimaiyyət, aləmdə baş verənlər, internet və ümumiyyətlə sosial şəbəkələrin maarifləndirici səhifələrindən yararlana bilərsən, amma əfsus ki,sosial şəbəkınin o biri “üzü” sənə daha çox maraqlı gəlir.
Tez-tez Avropa ölkələrinə gedirəm. Qitənin bir sıra ölkələrinin sərhəd yoxlanış məntəqəsində səndən hansı peşənin sahibi olduğunu soruşurlar. Biləndə ki radio-televiziya aparıcısısan, sənə çox böyük maraq və diqqətlə yanaşırlar. Əlbəttə ki, əgər sən o sərhəd nəzarəti xidmətində özünü ingiliscə ifadə edə bilirsənsə. Xarici dil bilən aparıcılarımız isə azdır, barmaqla sayılasıdırlar,ə n əsası isə mənim onlara çox böyük rəğbətim var. Xarici dil bilmək “What's your name?” demək deyil. Xarici dildə sərbəst danışa biləcək aparıcılar radio və televiziyalarda olduqca azdır. Nə bilim, belə əndrəbadi danışanlara heç xarici dil bilməyə ehtiyac yoxdu…”
Yusif Ağayev hesab edir ki, aparıcının kimliyini efirdə ən çox onun nitqi göstərir:
“Nitq isə bir aparıcı üçün ən önəmli amildir. Leksikanın zənginliyi, cümlələrinin düzgün qramatik və morfoloji qaydada düzgünlüyü efirdə sənin üzün görünməsə də, kimliyini isbat edir. Efirdə sənin nitqin-sənin pasportundur. Efir heç kimin şəxsi mülkiyyəti deyil ki, istədiyini danışıb dinləyici auditoriyasında sərbəstlik effekti yaradasan. Radio böyük bir kürsüdür, sən də onun təmsilçisi. Necə efir apararsansa, təmsil etdiyin radio da demək sənə uyğundur. Belə danışıq tərzini heç 1 aprel gülüş-zarafat günündə belə aparmaq olmaz.
Mən demirəm ki, tam ciddi 1941-1945 müharibəsi vaxtı diktor Yuri Levitan kimi amiranə danışasan. Ciddi də danışmağın öz yeri var. Tariximizdə elə günlər var ki, həmin vaxt efirdə amiranəlik, ciddilik vacibdir. Əyləncə ilə bayağılığı səhv salırsansa, bu, sənin daxilin, formalaşmış əqidən və bərpa oluna bilməyən aparıcılığındır!
Əgər bu tərzinlə özünün belə əvəzolunmaz olduğunu sanırsansa, onda sənin bu "təkrarsız" aparıcılığını ayaq üstə "alqışlayıram". Belə də davam et...
Niyə böyüklərdən öyrənilmir, niyə mütaliə edilmir?! Soruşsan sonuncu dəfə hansı kitabı oxumusan, bayağı yox, maarifləndirici hansı verilişi seyr etmisən, kimin səlist nitqindən nəyi dinləyib özünə nümunə götürmüsən, cavab verə bilməyəcək!
Nə bilim, vallah, bəlkə heç mənim bu sadaladıqlarıma, yanaşmama müasir radio-televiziyada ehtiyac yoxdur? Olsa da, olmasa da, mən Yusif Ağayev olaraq öz dediyimin üstündə dururam və israr edirəm: aparıcının hansı məktəb keçməsi, ali savadı, dünyagörüşü vacib amildir. Atalar sözündə deyildiyi kimi, “çax-çax baş sındırır, dəyirman öz işindədir...”.

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə - VİDEO
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Onlar auditoriya ilə məzələnir... - Bəs nə edək?
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Prezident Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09