“Liv Bona Dea məhkəmə üçün lazımi sənədləri yox edib” – Nigar Köçərli
“Əli və Nino” kitab evinin rəhbəri rəhbəri Nigar Köçərli ilə əməliyyat olunduğu Liv Bona Dea Hospitalının məhkəmə çəkişməsi davam edir.
O bildirib ki, məhkəməyə təqdim edilməli olan bəzi sənədləri klinika yox edib:
“LIV Bona Dea Hospitalının mənə qarşı 222 395 AZN təzminat iddiası ilə bağlı mayın 5-də Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək.
Klinika məhkəməyə təqdim etdiyi iddiada bildirir ki, guya mən heç bir əlaqə nömrəsi qeyd etməmişəm və buna görə də xəstəxanada gözləyən həyat yoldaşıma heç bir məlumat verilməyib (iddia 1-ci fotoda göstərilib).
Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün Liv Bona Dea xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı (yalnız EKQ verildi).
Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim — 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.
Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.
Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkmiş, əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.
Əsas şikayətim də məhz bu — anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir.
Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib (2-ci fotoda göstərilib).
Məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bildim. İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.
Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, Liv Bona Dea tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil — sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm”.
N. Köçərli bildirib ki, klinika onun yaxınlarının əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.
Qarşı tərəfi dinləməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Leyla Əliyeva “Qış nağılı”nın açılışında – Fotolar
Arzu Əliyeva uşaqları belə sevindirdi – Fotolar
"Bona Dea xəstəxanası nəyə görə Nəzrin Mansurovnın maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamır?"
Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)
Azərbaycan və Gürcüstan Prezidentlərinin təkbətək görüşü oldu-FOTOLAR (YENİLƏNİB)
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
Leyla Əliyeva “Yüksələn işıq” sərgisində iştirak edib – FOTOLAR
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Məşhur klinika ilə bağlı yeni İDDİALAR yayıldı
"Tibb bacısı qabı yaramın üstünə atdı" - Nigar Köçərlidən "Liv Bona Dea" haqqında şok ittihamlar
“Bona Dea”dakı əməliyyatdan sonra səhhətimdə ciddi problemlər yaranıb"
“Rövnəq Abdullayevdən qorxuram” – Nigar Köçərli məhkəmədən danışdı
Prezident Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında – Fotolar, Video
Leyla Əliyeva Omandadır – Fotolar
“Bona Dea” Nigar Köçərlini məhkəmə verdi
Prezident İranın müdafiə nazirini qəbul etdi – FOTOLAR
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09