Tolikdən Günay Ağamalıya ağır sözlər: “Atasından ona qalanlar hamıya bəllidir...”
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputatın “uşaqpulu valideynlərdə tənbəllik yarada bilər” açıqlaması sosial şəbəkələrdə və ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Onun sözlərinə görə, hazırda ölkədə uşaqpulunun tətbiqi geniş ictimai müzakirə mövzusu deyil. Günay Ağamalı qeyd edib ki, ailələr övlad dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır. Deputat hesab edir ki, uşaqpulunun tətbiqi müəyyən hallarda valideynlərdə asılılıq və tənbəllik yarada bilər.
Yenilik.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında prodüser Tarix Əliyev (Tolik) bildirib ki, Günay Ağamalının atası da illərlə Azərbaycan dövlətində, parlamentdə xidmət göstərib:
“Amma bu gün Günay xanımın açıqlaması cəmiyyət tərəfindən, hətta bir çox ziyalılar tərəfindən də çox aqressiv qarşılanır. Bildiyimə görə, Azərbaycanın 125 millət vəkili var. Onların maaşları təxminən 7000 manat və daha yuxarıdır. Bu isə dövlət büdcəsindən aylıq böyük məbləğin ayrılması deməkdir. İllik hesabladıqda milyonlarla manat vəsait yalnız deputat maaşlarına sərf olunur. Olmazdımı ki, Günay xanımın timsalında bəzi deputatlar öz maaşlarının bir hissəsindən imtina edib aztəminatlı ailələrə dəstək göstərsinlər”?
Müsahibimiz əlavə edib ki, bəlkə də bütün Azərbaycana yox, amma rayonlarda, bölgələrdə elə ailələr var ki, onların uşağının 50 manata ehtiyacı var:
“Həmin uşaqlar böyüyüb bu ölkəyə xidmət edəcək, əsgər gedəcəklər. Amma Günay xanımın övladının xaricdə təhsil alır, bəlkə əsgər də getməyəcək. Onun kimi deputatlar xalqın səsini danışmalı, televiziya və parlamentdə xalqın problemlərini dilə gətirməlidirlər. Əgər Günay Ağamalı yalnız öz rahatlığını düşünürsə, anlamalıdır ki, bu gün bir nəfərin minimum əməkhaqqı ilə ailə dolandırması çox çətindir”.
Tarix Əliyev qeyd edib ki, “uşaq pulu verilərsə insanlar tənbəlləşər” fikri ilə razı deyil:
“İnsanlar tənbəlləşmir, sadəcə yaşamaq üçün dəstəyə ehtiyac duyurlar. Mənə elə gəlir ki, elə onun kimi deputatlar tənbəlləşir. Efirdəki çıxışı da mətndən oxuyurdu”.
Prodüserin fikrincə, xalqın seçdiyi millət vəkili xalqın sözünü deməlidir və yalnız öz mənafelərini düşünməməlidirlər:
“Digər tərəfdən Günay Ağamalıya atasından qalanlar və şəxsi biznesi də hər kəsə bəllidir. O, aylıq 7000 deputatlıq maaşı ilə dolanmır. Evindəki işçiləri, özəl sürücülərini nəzərə alsaq, bu, mümkün deyil”.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Fəzail Ağamalını ölümə aparan səbəb - Onlar bir-birinin üzünə necə baxırlar?
Fəzail Ağamalının övladları: hərəsinin iki diplomu var - FOTOLAR
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
“Uşaqpulu tənbəllik yarada bilər” – Deputatın açıqlaması gündəm oldu
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Fəzail Ağamalıya 6 ay vaxt verilib: Oğlu və qızı...
"Canavar gələcək", "Həkim iynə vuracaq"... - Bu ifadələr uşağın psixologiyasını necə dəyişir? 2026-07-07 , 13:12
Zamiq Hüseynovdan lüks tənbehi: Dəbdəbəli həyat süni görüntüdür 2026-07-07 , 13:09
Nəsrindən bikinili - Fotolar 2026-07-07 , 13:07
Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər” 2026-07-07 , 12:53
Nigar Fərhad “Arzum”un tərəfini seçdi – İddiaçı tərəfi qınadı 2026-07-07 , 12:44
Şəbnəm Tovuzlunun Pünhanın nişanlısına jesti – VİDEO 2026-07-07 , 12:42
“Əsl güc səs-küydə deyil, sakit inamda gizlidir” - FOTO 2026-07-07 , 12:28
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - VİDEO 2026-07-07 , 12:26
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb 2026-07-07 , 12:24
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir” - VİDEO 2026-07-07 , 12:14
Prezident Stiv Deynsi qəbul etdi - FOTO 2026-07-07 , 12:12
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi 2026-07-07 , 12:11
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 2026-07-07 , 11:53
Səhiyyə nazirinə yeni müavin təyin edildi - Sərəncam - FOTO 2026-07-07 , 11:52
"Yaxşı deyiləm, mənə həkim lazımdır" 2026-07-06 , 19:34
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi 2026-07-06 , 17:24
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE 2026-07-06 , 16:48
Qəzada yerimə qabiliyyətini itirən müğənni yeriməyə başladı - VİDEO 2026-07-06 , 16:44
Vəfanın geyimi lağ obyektinə çevrildi: “İran konfetinə oxşayır” - VİDEO 2026-07-06 , 16:35
"Dünyanın ən bahalı qəhvəsini içirəm" - heyvan nəcisindən əldə edilir - VİDEO 2026-07-06 , 16:24
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı 2026-07-06 , 16:12
81 yaşlı Türkan Şoray çimərlikdə – FOTOLAR 2026-07-06 , 16:11
Tarkanın yeni görünüşü gündəm oldu - FOTO 2026-07-06 , 16:08
"Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi" 2026-07-06 , 16:04
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi 2026-07-06 , 16:01
Hüseyn yenidən ata oldu - VİDEO 2026-07-06 , 15:48
Xameneini biz öldürdük - Katz 2026-07-06 , 15:42
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" 2026-07-06 , 15:40
İlham Əliyev Malavi prezidentini təbrik edtdi 2026-07-06 , 15:36
Trampdan İlham Əliyevə xüsusi dəvət 2026-07-06 , 15:35
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq 2026-07-06 , 15:34
Amalın bacısı danışdı: "Qapıma gəlməyin" 2026-07-06 , 15:27
Azərbaycan G20 Sammitində iştirak edəcək: Trampdan İlham Əliyevə özəl dəvət 2026-07-06 , 15:12
Tarakanlar, naztəmizlik, dözülməz şərait - Sumqayıtdan ŞİKAYƏT 2026-07-05 , 13:18
Həbsdə olan "Arzum"un səhhəti pisləşdi 2026-07-05 , 13:03
Qəzadan sonra qaçdığı deyilirdi – Yeni görüntülər yayıldı -Video 2026-07-05 , 13:02
"Arzum"un həyat yoldaşı Denis DANIŞDI - VİDEO 2026-07-05 , 12:57
74 yaşlı Bülent Ersoy üzgərmə əməliyyatı etdirdi - Foto 2026-07-05 , 08:30
"Dünyanın məşhur modelyerləri ilə ayaqlaşacaq sənətim var" - VİDEO 2026-07-05 , 08:25
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi 2026-07-05 , 08:20
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - FOTO 2026-07-05 , 08:18
Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – (Video) 2026-07-04 , 13:06
70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO 2026-07-04 , 13:02
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...” 2026-07-04 , 12:57
İlham Əliyevdən Trampa məktub 2026-07-04 , 12:47