Cəlalə Nəzəroğlu: “Deputatlar ən adi sadə mətni belə bədahətən danışa bilmirlər, kağızdan oxuyurlar, üstəlik yaxşı oxumurlar”
Xəbər verdiyimiz kimi, son günlər deputat Ülviyyə Həmzəyevanın parlamentdəki çıxışı zamanı mətni düzgün və səlist oxumaya bilməməsi sosial şəbəkələrdə tənqid olunur. Bu isə yüksək vəzifəli şəxslərin nitqinin necə olması məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Diksiya Akademiyasının rəhbəri, nitq təlimçisi Cəlalə Nəzəroğlunun sözlərinə görə, ictimai vəzifə daşıyan hər bir şəxs, xüsusilə də deputat tribunaya çıxanda təkcə fikir deyil, həm də dil və nitq məsuliyyəti daşıyır.
O bildirib ki, deyilən hər bir söz birbaşa cəmiyyətə gedir və ictimai rəyə təsir edir: “Millət vəkili sadəcə fikri söyləyən biri deyil, həm də təmsilçidir. Bu səbəbdən də nitq aydın, səlist, ədəbi dildə olmalıdır. Ləhcə, qeyri-dəqiq ifadələr, zəif nitq üslubu bu mesajın gücünü azaldır, eyni zamanda həmin şəxsin peşəkarlığını kölgə altında qoyur, bəzən isə yanlış anlaşılmaya gətirib çıxarır. Seçiciyə platformanı çox izah edirsənsə, bunu ən düzgün, ən anlaşılan, inandırıcı formada çatdırmaq mütləqdir. Deyək ki, hər hansı vəzifəli şəxs və ya millət vəkili bunu bacarıb, artıq vəzifə başındadır, ancaq bu, o demək deyil ki, o, öz nitqi haqqında düşünməməlidir. Təəssüf ki, Azərbaycanda bəzən belə bir yanaşma görürük ki, rəhbər vəzifəyə gələn şəxslər bir çox şey haqqında düşünüb, tədbir görürlər, ancaq öz şəxsi imiclərinə, təqdimatlarına demək olar ki, diqqət ayırmırlar, o cümlədən nitq mədəniyyəti, düzgün danışıq, çıxış bacarığı… Çox zaman bu arxa planda qalır. Nəticədə isə görürük ki, insanlar yüksək vəzifədədir, ancaq ləhcə ilə danışır, qarmaqarışıq fikir irəli sürürlər, hətta bəzən onların xarici dillərdən tərcümə edərək qəribə kalka formaları ilə rastlaşırıq. Çox təəssüf ki, ən adi sadə mətni belə bədahətən danışa bilmirlər, kağızdan oxuyurlar, üstəlik yaxşı oxumurlar. Açığı ictimai təqdimat baxımından heç xoş görüntü yaratmır, həmin şəxs haqqında kölgəli fikirlər formalaşdırır. Yəqin ki, heç kəs özü haqqında belə bir təəssürat yaratmaq istəməzdi”.
C. Nəzəroğlu onu da qeyd edib ki, istənilən namizəd - istər millət vəkili, istərsə də digər yüksək vəzifəli şəxs öncədən xüsusi piar və kommunikasiya komandası ilə işləyir: “Onlar yanlız siyasi mövqeyi deyil, şəxsi imicini, geyimini, danışıq tərzini, mədəniyyətini və ümumi təqdimatı ciddiyə alırlar və bunun üzərində işləyirlər. Ələlxüsus da nitq bacarıqları ayrıca bir istiqamət kimi həmin şəxsdə inkişaf etdirilir. Ona görə hesab edirəm ki, ictimai vəzifə daşıyan şəxslər üçün nitq mədəniyyəti və özünü düzgün ifadə etmək bacarığı əlavə bir üstünlük deyil, zəruri tələb olmalıdır. Xüsusi altından xətt çəkərək deyirəm ki, bu vəzifəli şəxslər Azərbaycanda yüksək postdadırlar və Azərbaycan dilinə ən birinci onlar hörmət etməli, başqa vətəndaşlara da nümunə olmalıdırlar”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev müşavirə keçirdi
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
EMİN HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ…-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR
Kəmaləddin Heydərovun oğlundan açıqlama – “Bunlar nə cəzalandırılır, nə də qınanılır”
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Günelin atası və qardaşı ilə rəqsi - Video 2026-07-26 , 12:45
Aktrisa Zülfiyyə Qurbanova: "İnsanlar ağrılarımı görüb hücum çəkməsinlər deyə maskalanıram" - VİDEO 2026-07-26 , 12:42
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 2026-07-26 , 12:36
Səidə və Rəqsanə tədbirdə bir araya gəldi – Video 2026-07-26 , 12:33
"Aktyor qalıb kənarda, ancaq ilanı soruşurlar"-Əməkdar artistin səhhəti necədir?-AÇIQLAMA 2026-07-26 , 12:26
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi - VİDEO 2026-07-26 , 12:21
Nazirin oxu hədəfdən yayınmadı- Video 2026-07-26 , 12:17
Dənizdə batan Ümid müstəntiq işləyirmiş 2026-07-26 , 12:12
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi 2026-07-26 , 12:10
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu 2026-07-26 , 10:30
Xalq artisti imicini dəyilşdi - VİDEO 2026-07-25 , 15:48
Tramp huşunu itirib yıxıldı - VİDEO 2026-07-25 , 15:35
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı 2026-07-25 , 15:25
Tramp yenidən prezidentliyə namizəd olacaq 2026-07-25 , 15:24
Şəmkirdə 12 yaşlı qız öldürüldü - 16 yaşlı bacısı saxlanıldı 2026-07-25 , 15:19
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin 2026-07-25 , 15:12
Dilara Kazımova "çoban" obrazında - VİDEO 2026-07-25 , 12:41
Əməkdar artisti ilan sancdı 2026-07-25 , 12:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI) 2026-07-24 , 23:35
Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO 2026-07-24 , 23:28
ETN-nin özəl ali təhsil siyasəti varmı? BQU niyə unudulur? 2026-07-24 , 23:11
“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 2026-07-24 , 23:10
Mədəniyyət Nazirliyi AYB-yə qarşı 2026-07-24 , 23:08
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü 2026-07-24 , 23:02
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO 2026-07-24 , 22:56
“Space TV“ Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı 2026-07-24 , 22:53
Emin Ağalarovun xanımı tərzi ilə göz qamaşdırdı - FOTOLAR 2026-07-24 , 16:52
Aybəniz Haşımova: "Aynişan artıq öz adını yaddaşlara yazdı" - VİDEO 2026-07-24 , 16:22
Prezidentin Türkiyəyə səfir təyin etdiyi şəxs kimdir? – DOSYE 2026-07-24 , 16:05
Prezidentdən FƏRMAN 2026-07-24 , 15:57
"Ölümü aldadıb bu yaşa gəlmişəm" 2026-07-24 , 15:55
Lavrov İrana gedəcək 2026-07-24 , 15:53
85 baş qoyunla yoxa çıxan Ramizin atasından AÇIQLAMA - VİDEO 2026-07-24 , 15:50
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO 2026-07-24 , 15:44
"Azərbaycan məsələsi. Xəyanətin şəkli olmur" - Mirşahin Ağayevin verilişiVİDEO 2026-07-24 , 15:42
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama 2026-07-24 , 15:38
Bakıda bu universitet BAĞLANIR - Köçürülmə prosesi açıqlandı 2026-07-24 , 15:37
"Space" TV-nin bank hesablarına həbs qoyuldu
Azərbaycan Türkiyəyə yeni səfir təyin etdi 2026-07-24 , 14:30
Dövlət başçısı Rəşad Məmmədovla bağlı sərəncam imzaladı 2026-07-24 , 14:10
Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM 2026-07-24 , 14:00
Prezident "Kraudfandinq haqqında" qanunu təsdiqlədi - 6 ay sonra qüvvəyə minəcək 2026-07-24 , 13:50
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək 2026-07-24 , 13:40
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək 2026-07-24 , 13:30
Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar 2026-07-24 , 08:51
Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər 2026-07-24 , 08:49