Yenilik.Az
www.Yenilik.Az » Dünya » Fransada etiraz edən 457 nəfər həbs olundu

Fransada etiraz edən 457 nəfər həbs olundu

Fransada etiraz edən 457 nəfər həbs olundu
2023-03-24 , 16:18

Fransada pensiya islahatına qarşı kütləvi etirazlar davam edir.

Ölkənin daxili işlər naziri Cerald Darmanen açıqlamasında bildirib ki, bir aydan çoxdur davam edən etirazlar nəticəsində ümumilikdə 457 nəfər həbs edilib.
C. Darmanen əlavə edib ki, aksiya iştirakçıları ilə toqquşmalarda hüquq-mühafizə orqanlarının 441 əməkdaşı yaralanıb.
Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Pensiya islahatlarına dair qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.