Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiyadan ən çox araq idxal edən ölkələr: Siyahıda Azərbaycan da var

Rusiyadan ən çox araq idxal edən ölkələr: Siyahıda Azərbaycan da var

Rusiyadan ən çox araq idxal edən ölkələr: Siyahıda Azərbaycan da var
2023-04-10 , 07:34

İsrail ötən il Rusiyadan araq idxalı üzrə dünya lideri olub.

Yenilik.az xəbər verir ki, bu barədə aprelin 9-da BMT-nin “Comtrade” platformasının məlumatlarına əsasən xəbər yayılıb.
Bildirilib ki, İsrail tərəfindən idxal bir il əvvəlki 5,7 milyon dollardan 24,7 milyon dollara qədər artıb.
İkinci yeri Rusiyadan araq idxalını 43,4 milyon dollardan 7,5 milyon dollara qədər azaldan Almaniya tutur.
Üçüncü yerdə alışları təxminən yarıya endirən (13,2 milyondan 6,9 milyon dollaradək) Ermənistan qərarlaşıb.
Aİ ölkələri, ABŞ, Yaponiya və Kanada sanksiyalara görə araq idxalını məhdudlaşdırıb.
Rusiyadan araq idxal edən ölkələrin ilk onluğunda ABŞ (5 milyon dollardan bir qədər çox), Gürcüstan (3,9 milyon dollar), Azərbaycan (3,4 milyon dollar), Çexiya (3,3 milyon dollar), Bolqarıstan (2,5 milyon dollar) və Slovakiya (2,2 milyon dollar) da var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.