Türkiyədə dəhşətli zəlzələdə həyatını itirənlərin sayı yeniləndi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu mərkəzi Kahramanmaraş olan dəhşətli zəlzələlərdə həlak olanların son sayını açıqlayıb.
“57 029 binadan 40 969-nun dağıntıları təmizlənib. Vəfat edən vətəndaşların yaxınlarına təzminat ödənilib. Bu, varislik hüququ formasında həyata keçirilib.
66 000 konteyner ev quraşdırılıb, çox yaxın zamanda onların sayı 100 000-ə çatacaq”, - deyə o bildirib.
Xatırladaq ki, ötən ay Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) sədri Yunus Sezer zəlzələlərdə həlak olanların sayının 50 096-ya çatığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR