Yenilik.Az
www.Yenilik.Az » Dünya » Almaniya kanslerinin həyat yoldaşı tənqidlərdən sonra istefa verdi

Almaniya kanslerinin həyat yoldaşı tənqidlərdən sonra istefa verdi

Almaniya kanslerinin həyat yoldaşı tənqidlərdən sonra istefa verdi
2023-04-18 , 01:54

Almaniya kansleri Olaf Şoltsun həyat yoldaşı, Brandenburqun təhsil naziri Britta Ernst səbəb göstərmədən istefa verib.

Brandenburq federal əyalətinin baş naziri Ditmar Voidke Ernstin ərizəsini qəbul edib və nazir kimi 6 illik fəaliyyətinə görə ona təşəkkür edib.
Şoltsun həyat yoldaşının istefasının rəsmi səbəbi barədə məlumat verilməsə də, ölkə mətbuatında istefanın Ernstin məktəb və məktəbəqədər təhsil sisteminin təşkili baxımından fəaliyyətindən narazı olan ictimaiyyət nümayəndələrinin çıxışları fonunda verildiyi qeyd edilir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.