“Instagram”dan yenilik: İstifadəçilər artıq izləyicilərini gizlədə biləcəklər
Sosial media nəhəngi “Instagram” istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı işə salır.
İzləyiciləri gizlətmə funksiyası sayəsində istifadəçilər öz izləyicilərinin kim olduğunu gizlədə biləcəklər.
Həmçinin bu funksiyadan istifadə etmək istəməyənlərin də ola biləcəyi nəzərə alınıb. Buna görə də “Instagram” istifadəçilərinə bununla bağlı seçim təqdim edəcək. Belə ki, istifadəçilər hesab parametrlərindən öz izləyicilərini gizlətmək seçimini aktivləşdirə və ya qeyri-aktiv edə biləcəklər.
“Instagram”ın bu funksiyanı nə vaxt təqdim edəcəyi hələ dəqiq bilinməsə də, istifadəçilər artıq yenilənməni səbirsizliklə gözləyirlər.
OXŞAR XƏBƏRLƏR