Yenilik.Az
www.Yenilik.Az » Dünya » ABŞ-dan ŞOK QƏRAR - Bu ölkələrə "cəza" kəsildi

ABŞ-dan ŞOK QƏRAR - Bu ölkələrə "cəza" kəsildi

ABŞ-dan ŞOK QƏRAR - Bu ölkələrə
2023-05-13 , 17:33

Region ölkələri 12 illik vətəndaş müharibəsindən "sağ çıxan" Dəməşq rejimi ilə normallaşmağın yollarını axtararkən, ABŞ əks addım atıb.

Musavat.com xəbər verir ki, Demokratlar və Respublikaçılar partiyalarından bir qrup deputat tərəfindən hazırlanan birgə qanun layihəsi Suriyaya qarşı mövcud sanksiyaları genişləndirir və Bəşər Əsəd rejimini tanıyan ölkələri hədəfləyir. Qanun layihəsi həm də Amerika hökumətinin Əsədi tanımasına və onunla əlaqələr qurmasına mane olur.
Mətn imzalayanlardan biri, Nümayəndələr Palatasının üzvü Coy Uilson bu istiqamətdə addım atan ərəb ölkələrinə xəbərdarlıq edib: “Qatil və narkotik taciri Əsədlə normallaşmağı seçənlər törətdiyi cinayətlərə görə peşman olacaqlar və yanlış yoldadırlar”.
Qanun layihəsi ABŞ Dövlət Departamentinin rəyi ilə hazırlanıb.
Dövlət Departamentinin Xarici İşlər sözçüsü Vedant Patel daha əvvəl demişdi ki, Vaşinqton Əsədlə normallaşmayacaq və müttəfiqlərini bu istiqamətdə dəstəkləməyəcək.
Xatırladaq ki, mayın 7-də Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin toplantısında Suriya yenidən birliyə qəbul edilib. ABŞ-ın bölgədəki müttəfiqləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Dəməşqlə münasibətlərini normallaşdırır, Türkiyə də bu istiqamətdə irəliləyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.