Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makronun qohumu hücuma məruz qalıb  

Makronun qohumu hücuma məruz qalıb
 

Makronun qohumu hücuma məruz qalıb
 
2023-05-17 , 13:56

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qardaşı qızı Jan Batist Tronye ölkənin şimalındakı Amiens şəhərində siyasi səbəblərdən hücuma məruz qalıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, o, Makronun televiziya ilə çıxışından sonra hökumətin əleyhdarları tərəfindən döyülüb. 30 yaşlı Jan Batist başından, qollarından və ayaqlarından zərbələr alıb.
Tronye ətrafdakıların köməkliyi ilə xilas olunub. Ona hücum edən 8 nəfər saxlanılıb.
Makron hücumu qəbuledilməz adlandırıb. “Demokratik ölkələrdə zorakılığa yer yoxdur”, - Fransa Prezidenti deyib.
Amiens şəhərində şokolad mağazasına sahibkarlıq edən Tronyenin ailəsi Makron vəzifəyə gəldiyi gündən bəri tez-tez etirazçılar tərəfindən hədəfə alınır. Fransada Makronun pensiya yaşını 62-dən 64-ə qaldıracaq pensiya islahatlarına etirazlar davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.