Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiya və İran saziş imzaladı

Rusiya və İran saziş imzaladı

Rusiya və İran saziş imzaladı
2023-05-17 , 14:06

Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisinə dair birgə saziş imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” yayıb.
Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi tədbirdə videobağlantı vasitəsilə iştirak ediblər. 
Putinin sözlərinə görə, sözügedən sazişin imzalanması bütün dünyanın nəqliyyat infrastrukturu üçün böyük hadisədir.
Qeyd edək ki, xəttin uzunluğu 170 kilometr təşkil edəcək və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.