Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Putin Ukrayna ilə danışıqlara hazırdır” 

“Putin Ukrayna ilə danışıqlara hazırdır” 

“Putin Ukrayna ilə danışıqlara hazırdır” 
2023-06-05 , 15:42

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır və bu yolu hərbi əməliyyatların davam etdirilməsindən daha üstün hesab edir”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Prezident Putin istənilən təmaslara açıq olub və olacaq. Mümkünsə, buna üstünlük veriləcək. Eyni zamanda, danışıqlar imkanları Rusiyaya müharibəni davam etdirməkdən başqa seçim qoymayan Qərb ölkələri tərəfindən əngəllənir”, – Peskov qeyd edib.
Onun sözlərinə görə, danışıqlara hazır olma siqnalı Avropa liderlərinə və xüsusən də Parisdə Ukrayna üzrə sülh sammitinin keçirilməsini təklif edən Fransa prezidenti Emmanuel Makrona ünvanlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.