Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyə prezidenti Şimali Kiprdə səfərdədir


Türkiyə prezidenti Şimali Kiprdə səfərdədir


Türkiyə prezidenti Şimali Kiprdə səfərdədir
2023-06-12 , 15:27

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Şimali Kiprə edib.

Yenilik.az xəbər verir ki, Ərdoğanın təyyarəsi Şimali Kiprin paytaxtı Lefkoşada yerə enib. 
Türkiyə Prezidentini bu səfərdə XİN rəhbəri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edir. 
Xatırladaq ki, Ərdoğan iyunun 13-ü Azərbaycana rəsmi səfərə gələcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.