Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp prezident seçkiləri ilə bağlı debatda iştirak etməyəcəyini təsdiqləyib

Tramp prezident seçkiləri ilə bağlı debatda iştirak etməyəcəyini təsdiqləyib

Tramp prezident seçkiləri ilə bağlı debatda iştirak etməyəcəyini təsdiqləyib
2023-08-21 , 15:56

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üzrə debatda iştirak etməyəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“CBS-in yeni sorğusu məni “əfsanəvi” rəqəmlərlə lider olduğumu göstərdi. Tramp - 62%. İctimaiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir - enerji müstəqilliyi, güclü sərhədlər və güclü ordu, ən böyük vergi endirimləri, inflyasiyanın olmaması, tarixin ən güclü iqtisadiyyatı və s. Buna əsaslanaraq debat keçirməyəcəyəm”-deyə, o bildirib.
Qeyd edək ki, “CBS” və “YouGov”un keçirdiyi sorğuya əsasən keçmiş prezident Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasında mövqeyi ona qarşı irəli sürülən ittihamlar fonunda güclənib. Respondentlərin 62%-i Trampı prezidentliyə namizəd kimi seçəcəklərini cavablandırıb. İkinci yerdə 16% səslə Florida qubernatoru Ron Desantis qərarlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.