Yenilik.Az
www.Yenilik.Az » Dünya » Pinqvinə Norveç ordusunda general-mayor rütbəsi verildi - FOTO

Pinqvinə Norveç ordusunda general-mayor rütbəsi verildi - FOTO

Pinqvinə Norveç ordusunda general-mayor rütbəsi verildi - FOTO
2023-08-23 , 14:32

Pinqvin tarixən Norveç ordusunun talismanı hesab olunur.

İlk quşu zooparka 110 il əvvəl Edvard Salvesen adlı norveçli hədiyyə edib. Pinqvin Nils Eqelen və Norveç kralı V Olafın şərəfinə Nils Olaf adlandırılıb.
Nils Olaf III 2008-ci ildə cəngavər tituluna layiq görülüb və 2016-cı ildə general rütbəsinə yüksəlib.
Və nəhayət, Ser Nils yeni fəxri nişanı ilə təltif edilib. Bununla bağlı keçirilən xüsusi mərasimdə ordunun hərbi forma geyinmiş 160-dan çox əsgəri iştirak edib.
Qeyd edilib ki, yaxşı davranışına və Edinburq zooparkındakı digər pinqvinlərə gözəl nümunə olduğuna görə pinqvinin rütbəsi yüksəldilib.   









Mənbə: “Komsomolskaya pravda” “Telegram”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.