Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Putin Kim Çen Ina yalvardı” – Metyu Miller

“Putin Kim Çen Ina yalvardı” – Metyu Miller

“Putin Kim Çen Ina yalvardı” – Metyu Miller
2023-09-14 , 16:01

“Putin Rusiya imperiyasının şöhrətini bərpa etmək istəyirdi və indi o, Kimdən kömək üçün yalvarır”

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun özlərinə görə, görüşün tam mənzərəsi və onun nəticələri hələlik məlum deyil, lakin Kim Çen In Rusiyanın “müqəddəs mübarizəsinə” tam dəstək verəcəyini vəd edib ki, bu da müəyyən narahatlıq doğurur.
Lakin Miller vurğulayıb ki, Rusiyanın KXDR-ə qarşı xoş münasibəti onu göstərir ki, Kremlin Ukraynaya qarşı başlatdığı müharibə müsbət nəticə vermir.
“Bir il yarım əvvəl Vladimir Putin Rusiya imperiyasının şöhrətini bərpa edəcəyini düşünərək bu müharibəyə başladı. Lakin bütün maksimalist, imperialist məqsədlərində uğursuzluğa düçar oldu, on minlərlə rus əsgəri və milyardlarla dollar itirildi. İndi nə günə qalıb ki, Kim Çen Indan kömək üçün yalvarır”, – deyə Miller bildirib.
O əlavə edib ki, ABŞ həm Rusiya Federasiyasına, həm də KXDR-ə qarşı çəkinmədən sanksiyalar tətbiq edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.