Zaxarovadan Paşinyana: “Problemi həll etmək üçün məsuliyyətli olmaq lazımdır”

“Problemi həll etmək üçün nə etmək lazım olduğunu bilirik”.
O qeyd edib ki, problemi həll etmək üçün razılaşdırılmış işləri yerinə yetirmək, vəziyyəti təhrik etməmək, onu sakitləşdirmək və həll etmək üçün çalışmaq, götürülən öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.
Onun sözlərinə görə, Rusiya tərəfində vasitəçi qismində danışıqlar prosesində iştirak edən hər kəs bundan danışır: “Biz İrəvandan fərqli bəyanatlar gördük, məsələn, Ermənistanın eyni baş naziri 2020-ci il oktyabrın 7-də bəyan etdi: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq, bu, artıq istisna edilib, 100 faiz”. Sonra başqa bir şey dedi”.
OXŞAR XƏBƏRLƏR