Yenilik.Az
www.Yenilik.Az » Dünya » Üçüncü Dünya müharibəsi başlaya bilər - Lukaşenko

Üçüncü Dünya müharibəsi başlaya bilər - Lukaşenko

Üçüncü Dünya müharibəsi başlaya bilər - Lukaşenko
2023-10-27 , 16:28

Tezliklə 3-cü Dünya müharibəsi başlaya bilər.

 
Bunu Belarusun prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
 
Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən 3-cü Dünya müharibəsi başlaya bilər.
 
Lukaşenko həmçinin bildirib ki, münaqişə tərəflərinin bu və ya digər ölkədə istehsal olunan silahlardan istifadə etməsi hələ heç nəyi sübut etmir. Bu, silah ticarətidir və qanunidir.
 
"Ola bilsin, kimsə hansısa yolla bu silahları alıb, HƏMAS bu raketləri alıb", - Belarus prezidenti deyib.
 
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
 
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib./Trend

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.