Yenilik.Az
www.Yenilik.Az » Dünya » Nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir - Bayden

Nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir - Bayden

Nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir - Bayden
2023-10-18 , 14:54

ABŞ İsrailin yanındadır.


Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat qarşısında deyib.

O, ABŞ-nin İsrailin müdafiəsi üçün lazım olan yardımı təmin edəcəyini bildirib.

“Biz nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir”, - Bayden əlavə edib.

ABŞ lideri dünən Qəzzada xəstəxananın vurulması xəbərindən kədərləndiyini və qəzəbləndiyini vurğulayıb.

“Bizim öhdəsindən gəlməli olduğumuz çox şey var. Həmçinin, biz özünü bu müharibənin ortasında tapan günahsız fələstinlilərin həyatını xilas etmək imkanlarını və bu istiqamətdə yardımı təşviq etməliyik”, - Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ liderinin İsrail səfərindən sonra İordaniyaya da səfəri planlaşdırılırdı, lakin Qəzzada xəstəxananın bombalanması ilə əlaqədar olaraq Fələstin prezidenti Mahmud Abbasın matəm elan etməsi fonunda Ağ Ev səfərin təxirə salındığı barədə məlumat yayıb.

Bundan başqa, bir müddət əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti İsrailə səfəri zamanı İsrailə hərbi yardım göstərməyə hazır olduğunu bildirəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
 
Trend

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.