Yenilik.Az
www.Yenilik.Az » Dünya » Beyonsun evi yandı

Beyonsun evi yandı

Beyonsun evi yandı
2023-12-27 , 17:17

Milad günü Beyonsun uşaqlıqda yaşadığı ev yanıb.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dekabrın 5-də səhər saat 2-də Texasdakı malikanə alovlanıb. Evin yeni sahibləri qaçaraq canlarını qurtara biliblər. 
Dərhal hadisə yerinə xilasedicilər gəlib və 10 dəqiqə ərzində yanğın söndürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının səbəbini müəyyənləşdirirlər.
Beyonc pərəstişkarları üçün ekskursiyaların təşkilatçısı Keyt Rozenin sözlərinə görə, müğənninin uşaqlıq evi daim pərəstişkarlarını özünə cəlb edib. 
Qeyd edək ki, Beyons 1981-ci ildə Hyustonda (Texas, ABŞ) anadan olub. 
Beyons hazırda əri  ilə Malibuda okeana baxan 200 milyon dollarlıq dəbdəbəli malikanədə yaşayır. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.