Yenilik.Az
www.Yenilik.Az » Dünya » Avropadan Medvedyevə tövsiyə: “Psixiatrla məsləhətləşsin”

Avropadan Medvedyevə tövsiyə: “Psixiatrla məsləhətləşsin”

Avropadan Medvedyevə tövsiyə: “Psixiatrla məsləhətləşsin”
2024-02-23 , 16:10

Avropa İttifaqının xarici diplomatik xidmətinin nümayəndəsi Piter Stano Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə psixiatrla məsləhətləşməyi tövsiyə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Brüsseldə Medvedyevin bu yaxınlarda Kiyev və Odessanın Rusiya şəhərləri olması və Rusiya ordusunun Kiyevə çatacağı barədə bəyanatını jurnalistlərin xahişi ilə şərh edən Stano deyib: “Biz qəribə bəyanatları şərh etmirik - xüsusilə iki nömrəlidirlərsə. Qeyd etdiyiniz şəxsin psixi vəziyyətinin diaqnozunu bizimlə açıq şəkildə paylaşması xoşdur. Düşünürəm ki, biz yalnız məsləhət və psixiatrik yardımı tövsiyə edə bilərik. Amma mən əmin deyiləm ki, Rusiya dövləti Ukraynaya qarşı qanunsuz müharibəyə sərf etdikləri milyardları həqiqətən insanların sosial qayğısına və səhiyyəsinə yatıra bilər”.
Qeyd edək ki, eks-prezident D.Medvedyev Ukraynada müharibə bşlayandan bəri, demək olar ki, hər həftə Avropanı və Ukraynanı hədələyir, zaman-zaman taktiki nüvə bombasından istifadə ediləcəyinin anonsunu verir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.