Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makronun NÖVBƏTİ Olimpiya rəzilliyi - Vədinə xələf çıxdı: İki idmançı...

Makronun NÖVBƏTİ Olimpiya rəzilliyi - Vədinə xələf çıxdı: İki idmançı...

Makronun NÖVBƏTİ Olimpiya rəzilliyi - Vədinə xələf çıxdı: İki idmançı...
2024-08-05 , 13:06

İki isveçrəli triatlonçu Emmanuel Makronun Sena çayının təmiz olduğuna dair vədinə baxmayaraq, bağırsaq infeksiyası səbəbilə Paris Olimpiadasını tərk edib.

Musavat.com-un xəbərinə görə, əvvəlcə fərdi startda 49-cu yeri tutan Adrien Briffaud yarışa qatılmalı olsa da, səhhətində yaranan problemlərə görə onu Saymon Vesterman əvəz edib.
UZGU.jpeg (126 KB)
Lakin sonradan Vestermana bağırsaq infeksiyası diaqnozu qoyulub və bu onun iştirakını qeyri-mümkün edib.
İsveçrə Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Silveyn Fridlans İsveçrə millisinin tərkibində mübarizə aparacaq.
Triatlonun üzgüçülük hissəsi Sena çayında keçirilib, lakin sonradan testlər suyun yarış üçün yararsız olduğunu göstərib və kişilərin üzmələri təxirə salınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.