Tramp Ağ Evə qayıtdıqdan sonra ilk olaraq hansı məsələlərlə məşğul olacaq?
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra qeyri-qanuni miqrasiya və neft hasilatı məsələləri ilə bağlı addımlar atacaq.
C.Millerin sözlərinə görə, D.Trampın ABŞ prezidenti kimi ilk addımları onun fərmanları ilə, yəni Konqresin təsdiqi olmadan həll edə biləcəyi məsələlərə aid olacaq.
"Tramp tərəfindən irəli sürülən bütün sərhəd təhlükəsizliyi siyasətləri əvvəlki vəziyyətinə qayıda bilər. Onların (Trampın komandasının) sərhəd təhlükəsizliyini bərpa etmək üçün Konqresin hərəkətinə ehtiyacı yoxdur", - o bildirib.
C.Miller qeyd edib ki, ABŞ-nin gələcək prezidentinin qısa müddətdə görə biləcəyi digər tədbir enerji istehsalının genişləndirilməsi olacaq ki, bu da qiymətləri aşağı salmağa imkan verəcək.
OXŞAR XƏBƏRLƏR